Telefonu  çexoldan çıxarmadan   doldurmaq mümkündürmü?
01 yanvar 2023 17:21 (UTC +04:00)

Telefonu çexoldan çıxarmadan doldurmaq mümkündürmü?

Bir çox iPhone sahibləri şarj zamanı cihazı çexoldan (örtükdən) çıxarmağı unudurlar, yaxud bunu lazımlı hesab etmirlər və tamamilə boş yerə.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Apple” mütəxəssisləri xəbərdarlıq edir ki, “iPhone”un çexolda doldurulması batareyaya mənfi təsir göstərə bilər.

Şarj edərkən “iPhone”dan çexolu çıxarmağın nə üçün daha yaxşı olduğunu təqdim edirik.
“Apple” ekspertləri “iPhone” sahiblərinə enerji yığarkən çexolu çıxarmağı ciddi tövsiyə edir.
“iPhone”nu çexol olmadan doldurmaq batareyanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.

Məsələ burasındadır ki, örtüklərin hazırlanmasında istifadə olunan bəzi materiallar artıq istilik yaradır və bu, batareyaya mənfi təsir göstərir.

Ümumiyyətlə yüksək temperatur batareyaya zərər verə bilər.
“Apple” həmçinin batareyanın ömrünü uzatmaq üçün enerjiyə qənaət rejimi və avtomatik parlaqlıq rejimindən istifadə etməyi tövsiyə edir.
 

# 2277
avatar

Oxşar yazılar