Telefonlar keçmişdə qalacaq: YENİ CİHAZ
02 dekabr 2022 13:38 (UTC +04:00)

Telefonlar keçmişdə qalacaq: YENİ CİHAZ

Telefonları geridə qoyan tamamilə yeni Android cihazının təqdimatı olacaq.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Humane” şirkətinin yeni məhsulu 2023-cü ilin yazında təqdim ediləcəyi gözlənilir.

Şirkət sözçüsü İmran Çaudrinin sözlərinə görə, yeni qadcetlər sayəsində insan ovucunda birbaşa təsvir əks olunacaq.

Qadcet 180 dərəcəlik 3D kamera və dərinlik sensorundan ibarətdir. Hətta bu yeni qadcet süni intellekt vasitəsilə jestləri də tanıya biləcək.

Bu cihazlar paltarlarda gəzdirilən xüsusi akkumulyatorla təchiz olunacaq.

“Humane” məhsulu olan bu qadcetlərin kütləvi istehsal edilib-edilməyəcəyi isə hələlik məlum deyil.

# 4218
avatar

Sevinc Fərid

Oxşar yazılar