Telefondakı "uçuş rejimi"nin bilmədiyimiz FUNKSİYASI
20 fevral 2023 16:29 (UTC +04:00)

Telefondakı "uçuş rejimi"nin bilmədiyimiz FUNKSİYASI

Kibertəhlükəsizlik üzrə mütəxəssis fırıldaqçılardan və digər müdaxilələrdən qoruya bilən smartfonun faydalı funksiyalarından biri haqqında danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət telefondakı “təyyarə rejimi” funksiyasından gedir. 

“Təyyarə rejimi” seçimindən necə istifadə olunacağını T1 qrupunun İnformasiya Təhlükəsizliyi üzrə Səlahiyyət Mərkəzinin rəhbəri Viktor Quleviç deyib.

Adətən bu seçim uçuş zamanı aktivləşdirilir, lakin onu istənilən uzun səfərdə və gecə qoşmaqla batareya enerjisinə xeyli qənaət edə bilərsiniz.

Digər faydalı istiqaməti isə bu rejimin smartfonunuzu doldurma prosesinin sürətləndirməsidir. İtirilmiş mobil siqnalı bərpa etmək lazım olduqda "təyyarə rejimi"ni qısa müddətə yandırmaq da tövsiyə olunur.

Ancaq "təyyarə rejimi" funksiyasından istifadə ilə edilə biləcək ən vacib şey, fırıldaqçı saytlara təsadüfən daxil olduqda mümkün olan zərərli məzmunun yüklənməsini dayandırmaqdır. "Təyyarə rejimi"nin aktivləşdirilməsi Wi-Fi modemini söndürür. "Təyyarə rejimi" GPS siqnallarını bloklayır ki, heç kim yerinizi izləyə bilməsin.

# 4074
avatar

Fidan İlqar

Oxşar yazılar