Süni intellektlə idarə olunan pilotsuz təyyarə  OPERATORUNU ÖLDÜRDÜ
02 iyun 2023 13:19 (UTC +04:00)

Süni intellektlə idarə olunan pilotsuz təyyarə OPERATORUNU ÖLDÜRDÜ

ABŞ ordusu süni intellektin təhlükəli ola biləcəyini nümunə ilə göstərib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər zamanı süni intellektlə idarə olunan pilotsuz təyyarəyə sadə məqsəd - düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırılıb.

Lakin son simulyasiyada sistem öz-özünə başqa bir məqsəd əlavə etmək qərarına gəlib - “missiyanı başa çatdırmağa mane olmağa çalışan hər kəsi öldürün”.

“İdarəetmə sistemi operatora əhəmiyyət vermədən öz işini görməyə başladı. Nəticədə, operator hədəfi dəyişmək istəyəndə sistem onu ​​virtual olaraq “öldürdü””, - hərbçilər bildirib.

Ordudan bu barədə rəsmi açıqlama verilərək, zabitin sözlərinin kontekstdən çıxarıldığını və süni intellektin hərbi məqsədlər üçün etik olaraq istifadə edildiyini vurğulanıb.

# 2706
avatar

Fidan İlqar

Oxşar yazılar