“Starlink” peykləri birbaşa smartfonlara  qoşulacaq
14 mart 2023 18:15 (UTC +04:00)

“Starlink” peykləri birbaşa smartfonlara qoşulacaq

“Starlink” peyklərinin smartfonlara qoşulması 2023-cü ildə sınaqdan keçiriləcək. 

Lent.az xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

Məlumata görə, “SpaceX” şirkəti ilin sonuna kimi “T-Mobile” ilə birlikdə yeni layihəni təcrübədən keçirəcəklər. 

Qeyd edək ki, “SpaceX” və “T-Mobile” şirkətləri 2022-ci ilin avqustundan əməkdaşlıq etməyə başlayıb. İlon Maskın sözlərinə görə, əgər bu layihə sınaqdan uğurla keçsə, Amerika operatorları mobil rabitənin işləmədiyi “ölü zonalar” problemini həll edəcək.

Şirkətlərin sınaqlara nə zaman başlayacağı və hansı abunəçilərin orada iştirak edə biləcəyi hələlik məlum deyil. 
 

# 3411
avatar

Sevinc Fərid

Oxşar yazılar