Şəxsi məlumatları internetdə çıxanlara  xəbər veriləcək
01 oktyabr 2022 17:55 (UTC +04:00)

Şəxsi məlumatları internetdə çıxanlara xəbər veriləcək

Gələn ilin əvvəlindən başlayaraq "Google" şirkəti öz istifadəçilərinin konfidensial məlumatlarının internetdə ortaya çıxdıqları halda bu barədə onlara bildiriş göndərməyi planlaşdırır.

Lent.az technote.az istinadla bildirir ki, söhbət telefon nömrəsi, elektron poçt ünvanı, yaşayış ünvanı və s. kimi konfidensial məlumatlardan gedir. "Google" bu yeni imkanı "Results about you" adlı funksiyanın istifadəyə verilməsindən sonra anons edib. Qeyd etmək lazımdır ki, "Results about you" funksiyası vasitəsilə istifadəçilər "Google"dakı axtarış sorğularında özləri barəsində ortaya çıxan konfidensial məlumatların silinməsi üzrə şirkətə sorğu göndərə bilərlər. Bu funksiya ABŞ-dakı bəzi istifadəçilər üçün artıq istifadəyə verilib.

Şirkət təmsilçilərindən biri qeyd edib ki, anons olunmuş yeni funksiya çərçivəsində göndəriləcək bildirişlərin aktivləşdirilməsi könüllü şəkildə reallaşdırılacaq. Belə ki, insanların çoxu üçün bu funksiya mütəmadi istifadədə lazım deyil. Lakin buna baxmayaraq istifadəçilər üçün bu cür imkan təqdim ediləcək və onlar bu funksiya vasitəsilə özlərini internet mühitində qoruya biləcəklər. Təbii ki, istifadəyə veriləcək yeni funksiya çərçivəsində "Google" yalnız öz axtarış sistemindəki axtarış nəticələrində ortaya çıxan konfidensial istifadəçi məlumatlarını siləcək. Həmin məlumatların qeyd olunduqları veb səhifələrin silinməsi nəzərdə tutulmayıb. Belə ki, bu cür səhifələrin tapılması çətin məsələdir.

Gələn ilin əvvəlində istifadəyə veriləcək funksiya çərçivəsində istifadəçilər fərdi şəkildə öz konfidensial məlumatlarını axtarış sorğularında axtarmayacaqlar. Sistem bu və ya digər konfidensial məlumatın axtarış sorğularında ortaya çıxdığını təyin etdiyi zaman avtomatik şəkildə bu barədə istifadəçiyə xəbər verəcək. İstifadəçi isə öz növbəsində ortaya çıxan konfidensial məlumatların silinib-silinməməsi qərarını verəcək. "Google" artıq uzun müddətdir ki, konfidensial məlumatların axtarış nəticələrindən silinmələrinin tələb edilməsi imkanını təqdim edir. Şirkət həmçinin konfidensial məlumatların silinməsi üzrə sorğuların göndərilməsi və həmin məlumatların silinməsi proseslərini daha da sadələşdirib. Belə ki, "Results about you" funksiyası istifadəçilərə axtarış nəticələrindəki konfidensial məlumatlarını bir neçə kliklə işarələməyə imkan verir.

# 1830
avatar

Oxşar yazılar

Ən güclü telefonların adı  AÇIQLANDI – SİYAHI

Ən güclü telefonların adı AÇIQLANDI – SİYAHI

5 dekabr 2022 , 16:12
İnsanları öldürən robotlar hazırlanıb

İnsanları öldürən robotlar hazırlanıb

5 dekabr 2022 , 12:44
Uşaqlar üçün yeni SMART SAATLAR:  Videozənglər mümkündür - FOTO

Uşaqlar üçün yeni SMART SAATLAR: Videozənglər mümkündür - FOTO

5 dekabr 2022 , 12:03
“iPhone” Çində yığılmayacaq?

“iPhone” Çində yığılmayacaq?

4 dekabr 2022 , 08:18
Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

3 dekabr 2022 , 21:24
Telefonunuz suya düşübsə, BUNLARI EDİN

Telefonunuz suya düşübsə, BUNLARI EDİN

3 dekabr 2022 , 19:16
Qardan  elektrik enerjisi   alınacaq

Qardan elektrik enerjisi alınacaq

3 dekabr 2022 , 15:37
Telefonun  orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

Telefonun orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

2 dekabr 2022 , 15:36