"Samsung" televizorlarında bu funksiya silinir
05 fevral 2024 22:13 (UTC +04:00)

"Samsung" televizorlarında bu funksiya silinir

"Samsung" bütün televizorlarında "Google"un səsli köməkçisini deaktiv edəcək.

Lent.az xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb.

Bildirilir ki, 2024-cü il martın 1-dən "Google Assistant" səsli köməkçisi bütün smart televizorlardan silinəcək. Qayda həm yeni cihazlara, həm də işlənmiş televizorlara şamil olunacaq.

Xatırladaq ki, "Samsung" 2020-ci ilin modellərində ilk dəfə səsli köməkçini əlavə etdi. Hazırda virtual köməkçi 2020-2022-ci illərdə istehsal olunan cihazlarda, "Crystal UHD", "Lifestyle", QLED modellərində mövcuddur. Korporasiya televizorların hansı səbəblərdən ləğv edildiyini açıqlamayıb.

 

# 8919
avatar

Oxşar yazılar