İlon Mask
17 fevral 2023 17:46 (UTC +04:00)

İlon Mask

"Microsoft" İlon Maskın şirkətini "ələ keçirib"

Tvitter-in rəhbəri və “OpenAI”nin yaradıcılarından biri İlon Mask bildirib ki, “Microsoft” süni intellekt texnologiyaları ilə işləyən startap layihələrini maliyyələşdirməklə tədricən OpenAI-ni “ələ keçirir”.

Lent.az xəbər verir ki, bu barədə o, Tvitter-də yazıb.

“OpenAI, Microsoft tərəfindən effektiv şəkildə idarə olunan ən gəlirli qapalı mənbə şirkəti olub”, deyə Mask bildirib.

İş adamı etiraf edib ki, “OpenAI” əvvəlcə qeyri-kommersiya açıq mənbəli şirkət kimi yaradılıb. “Ona görə də mən onu Open AI adlandırdım. Bu, Google-a qarşı tarazlıq olmalı idi”, deyə şirkətin təsisçisi əlavə edib.

Maskın sözlərinə görə, nəticədə məşhur ChatGPT çatbotunu yaradan startap ABŞ-ın digər İT nəhəngi “Microsoft” ilə möhkəm bağlı olub.

# 2850
avatar

Oxşar yazılar