Klaviatura dünyasında  İNQİLAB:   yeni cihaz 6 dəfə daha sürətli yazır - VİDEO
19 aprel 2021 19:44 (UTC +04:00)

Klaviatura dünyasında İNQİLAB: yeni cihaz 6 dəfə daha sürətli yazır - VİDEO

İnsan barmaqlarının klaviaturada müəyyən sözləri və ya cümlələri yaza biləcəyindən çox daha sürətli düşünür.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu səbəbdən mütəxəssislər mətnləri akkord şəklində yazmağa kömək edən CharaChorder Lite klaviaturasını icad ediblər. Bundan əlavə, bu son cihaz həmişə kimi hər dəqiqədə 40 söz yox, 250 söz yazmağa imkan verir.

Yazma proqramı elə işləyir ki, bir insanın bütün mətni yazması mütləq lazım deyil. İstifadəçi yalnız bir neçə simvol yazır və sonra cihaz ən uyğun sözləri və ya cümlələri təklif edir. Bundan əlavə, cümlədəki sözlərin düzgün qaydada yazılmasına ehtiyac yoxdur, çünki texnologiya sözlərin müstəqil olaraq istədikləri cümlədə sıralanmasından ibarətdir.

Məsələn, "Salam" sözünü yazmaq üçün sadəcə klaviaturada bir neçə hərf yazmalısınız - "sam". Klaviatura istədiyiniz sözü özü yazacaq. Beləliklə, yazma sürəti çox artır.

Klaviatura demək olar ki, bütün əməliyyat sistemləri ilə işləyə bilər - Windows, iOS, Android və Linux.

Potensial alıcılar üçün yeganə maneə maya dəyəri ola bilər - 149 dollar.


 

Klaviatura dünyasında inqilab

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

Oxşar yazılar