“Instagram” da reklamların sayını  artırır
07 oktyabr 2022 10:08 (UTC +04:00)

“Instagram” da reklamların sayını artırır

“Instagram”da qarşılıqlı əlaqədə olan istifadəçilər daha çox reklam elanı görəcəklər.

Lent.az xəbər verir ki, bu reklamlar əsasən tətbiqin “Explorer(Search)” bölməsində və istifadəçilərin öz hesablarında nümayiş olunacaq.

“Instagram” rəsmilərinin sözlərinə görə, bu yenilik reklam verənlər üçün yeni imkanlar yaradacaq. Belə ki, istifadəçilər “Explorer” bölməsinə keçid etdikləri zaman artıq həmin reklam elanları sərgilənəcək. Bu da reklam olunan məhsulun daha çox insana çatacağı deməkdir.

Onu da qeyd edək ki, reklamlar "Learn More" düyməsinə malik olacaqlar. Buna görə də istifadəçilər bu və ya digər postun reklam xarakterli olduğunu əvvəldən anlaya biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Sevinc Fərid

Oxşar yazılar