İnformasiya əsasında çalışan MÜHƏRRİK : heyrətləndirici KƏŞF
14 may 2021 05:13 (UTC +04:00)

İnformasiya əsasında çalışan MÜHƏRRİK: heyrətləndirici KƏŞF

Kanadalı alimlər mükəmməl sürətə malik yeni mühərrik yaradıblar. 

Lent.az xəbər verir ki, mühərrik yeni növ yanacaqla işləyəcək. 

Elə bir mükəmməl mexanizm yaradılıb ki, hər şey informasiyaya əsaslanaraq hərəkətə gəlir. Yəni, bu mühərrik mikroskopik hissəciklərin xaotik titrəyişlərini enerjiyə çevirə bilir. 

Mütəxəssislərin fikrincə bu cür texnologiyanın sürətdə və kompüterlərlə bionanotexnologiyaların qiymətlərində ciddi inkişafa səbəb ola bilər. 

İnformasiyanın enerjiyə çevrilməsi prinsipinin başa düşülməsi isə real informasiya mühərriklərinin yaradılmasına yol aça bilər. 

Qeyd edək ki, belə bir layihə hələ 150 il bundan əvvəl təklif edilmişdi. Lakin o vaxt bu və ya digər səbəblərdən təklif elə kağız üzərində qalmışdı. 

“Biz, informasiya əsasında çalışan mühərrikin nə qədər sürətlə çalışdığını və nə qədər enerji əldə etdiyini öyrənmək istəyirdik. Buna görə də biz belə bir mühərrik yaratdıq”, deyə ixtiraçı alimlərdən biri vurğulayıb.

Mühərriki sistematik analiz edən alimlər onun gücünü 10 dəfə yüksəldiblər. 

Qeyd edək ki, sistemin nəzəri analizini aparan zaman alimlər hissəciyin kütləsi ilə yuxarı istiqamətə qalxmanın ortalama zamanı arasında maraqlı nisbətə rast gəliblər. Daha ağır hissəciklər daha çox qravitasiya enerjisi yığa bilirlər. Buna görə də onların hündürlüyə qalxmaları bir qədər uzun zaman alır. 

İxtiraçılar bu kəşfdən istifadə edərək daha mükəmməl nəticə əldə ediblər. Belə ki, informasiya mühərrikinin özəlliklərini optimizasiya edərək canlı hüceyrələrin molekulyar aparatları ilə müqayisə olunacaq güc və sürətlə üzən bakteriyalarla müqayisə olunacaq sürət əldə ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3093
avatar

Oxşar yazılar