İlk dəfə: Beş qitədə robot teleskoplar  yerləşdirildi 
15 fevral 2023 13:32 (UTC +04:00)

İlk dəfə: Beş qitədə robot teleskoplar yerləşdirildi 

Əndəlüs Astrofizika İnstitutunun “BOOTES” teleskopları 5 qitədə yerləşdirilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilk robot teleskoplar şəbəkəsi olan bu sistemin əsas məqsədi böyük miqdarda şüa enerjisi buraxan astrofizik obyektləri tez və avtonom şəkildə müşahidə etməkdir. 

Teleskoplar şəbəkəsi həmçinin peykləri, kosmik tullantıları, kometləri və asteroidlər kimi obyektləri tez aşkar etməyə qadirdir.

Qeyd edək ki, 2020-ci ildə bu robot teleskoplar Süd Yolunda qısa radio partlayışlarının mənbəyinin müəyyən edilməsində də çox böyük rol oynayıb. 
 

# 2898
avatar

Sevinc Fərid

Oxşar yazılar