İctimai Wi-Fi-dan   istifadə TƏHLÜKƏLİDİR
18 aprel 2024 12:39 (UTC +04:00)

İctimai Wi-Fi-dan istifadə TƏHLÜKƏLİDİR

Günümüzdə açıq Wi-Fi şəbəkələri geniş yayılıb. Ancaq bu şəbəkədən istifadə bəzən təhlükəli ola bilər. Çünki onları kimin və hansı məqsədlə yaratdığı məlum deyil. 

Lent.az xəbər verir ki, bu barədə Rusiya analitik mərkəzinin rəhbəri Vladimir Ulyanov bildirib.

Onun sözlərinə görə, ictimai Wi-Fi şəbəkəsinə qoşulan istifadəçi login, parol və digər məxfi məlumatları daxil edərsə, fırıldaqçılar tərəfindən ələ keçirilə bilər. Mütəxəssis e-poçtunuza, sosial şəbəkələrinizə və ödəniş proqramlarınıza yalnız öz mobil internetiniz vasitəsilə daxil olmağı tövsiyə edir.

"Mən sizin ictimai Wi-Fi şəbəkələrindən istifadəni tamamilə dayandırmağınızın tərəfdarı deyiləm. Sadəcə, çox diqqətli olmalısınız. Əgər belə bir şəbəkədən istifadə etməlisinizsə, bunu yalnız təhlükəsiz əməliyyatlar üçün etmək daha yaxşıdır.

"İctimai Wi-Fi yalnız kritik vəziyyətlərdə, təcili bir şey etmək lazım olduqda istifadə edilməlidir, lakin şəbəkəyə giriş yoxdur", - Ulyanov bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5172
avatar

Sevinc Fərid

Oxşar yazılar