“Huawei”nin ABŞ tərəfindən milli təhlükəsizlik səbəbləri ilə qara siyahıya salınması şirkəti ciddi maliyyə çətinlikləri ilə üzləşdirmişdi. Lent.az xarici KİV-ə istinadən bildirir ki. bununla da Çində yerləşən nəhəng texnoloji marka smartfon istehsalının bir hissəsindən imtina etməli olmuşdu.
Etibarlı mənbələrə əsaslanan xəbərə görə Huawei yolunu avtomobil sənayesinə yönəldib və öz markası altında istehsal edəcəyi yeni elektrikli avtomobil üçün fərqli təchizatçılarla danışıqlara başlayıb.
Yayılan xəbərlərə görə Huawei Çinin ən prestijli avtomobil markalarından biri olan Changan başda olmaqla bir çox fərqli markalarla danışıqlara başlayıb.
İddialara görə, elektrikli avtomobillərin istehsalı üçün BluePark New Energy Technology-dən kömək alacaq olan Huawei, bu ilin sonuna qədər bir neçə model təqdim etmək istəyir. Belə görünür ki, 2022-ci il bitmədən Huawei logolu elektrikli avtomobilləri yollarda görməyə başlayacağıq.