Hakkerlər "Twitter"i ələ keçirməyə çalışır
27 dekabr 2022 16:49 (UTC +04:00)

Hakkerlər "Twitter"i ələ keçirməyə çalışır

Breach adlı hakker "Twitter"in sahibi Elon Musk-a eksklüziv razılaşma təklif edib.

Lent.az xəbər verir ki, hakker 400 milyon "Twitter" istifadəçisinin məlumatlarına sahibdir.

Həmin məlumatlar 2021-ci ildə sosial şəbəkə daxilində aşkar edilmiş sistem boşluğu vasitəsilə əldə edilib. Hakker sözügedən məlumatları 200 min dollar qarşılığında təqdim edəcəyini bildirib. Əks halda məlumatlar internetə sızdırılacaq və nəticədə "Twitter" Avropanın nizamlayıcı orqanları tərəfindən külli miqdarda vəsaitlə cərimələnəcək.

Əgər şirkət bu təklifi qəbul etməsə, məlumatlar bazası müxtəlif adamlara satılacaq.

Hudson Rock şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri qeyd ediblər ki, bu məsələni araşdırıblar və məlum olub ki, hacker tərəfindən təqdim edilmiş nümunələr həqiqəti əks etdirirlər.

# 2079
avatar

Arzu Qurbanlı

Oxşar yazılar