Google bu servisin də fəaliyyətini dayandırır
05 noyabr 2022 12:15 (UTC +04:00)

Google bu servisin də fəaliyyətini dayandırır

Google şirkəti müxtəlif servislərinin bağlanması ilə məşhurdur. Hələ bir müddət bundan öncə şirkət özünün Stadia adlı cloud gaming servisini inkişaf etdirməkdən imtina edib və onun bağlanacağını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, indi isə şirkətin daha bir servisinin bağlanacağı məlum olub. Söhbət, Street View-dan gedir. Sözügedən servis şəhər küçələrini panoram şəkildə izləmək üçün nəzərdə tutulub. 9to5google saytının əməkdaşları Street View servisinin bağlanacağını tətbiqin 2.0.0.484371618 nömrəli yeni versiyasının kodunun analizi nəticəsində öyrəniblər.

Tətbiqin daxilinə yerləşdirilmiş mətnlərdən birində qeyd edilib ki, Street View servisi 21 mart 2023-cü il tarixində bağlanacaq. Alternativ olaraq Google kompüterlər üçün nəzərdə tutulmuş Street View Studio-nu yükləməyi məsləhət görür. Smartfonlar üçün olan Street View tətbiqi sayəsində istifadəçilər bütün dünyadan olan 360 dərəcəli foto və videoları əldə edə bilirlər. Bundan əlavə olaraq istifadəçilər sözügedən servisdə özlərinin çəkmiş olduqları 360 dərəcəli foto və videoları paylaşa bilirlər. Məlumatda qeyd edilib ki, Google Maps-də küçələrin izlənməsi özəlliyi olduğun kimi qalacaq.

# 4386
avatar

Oxşar yazılar