"Facebook"dan "TikTok"a rəqib gəlir - BARS
01 mart 2021 17:42 (UTC +04:00)

"Facebook"dan "TikTok"a rəqib gəlir - BARS

Facebook istifadəçilərin hazır ritmlərdə rap edə və bu videoları paylaşa biləcəyi yeni tətbiq haqqında məlumat paylaşıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, BARS adlı bu tətbiqdə 60 saniyəyə qədər edilə bilən rap videoları TikTok-a bənzər ana səhifədə paylaşılacaq. Facebook tətbiqdəki səs effektlərinin studiya keyfiyyətində olduğunu bildirir.

Hal-hazırda qapalı beta versiyasında olan bu tətbiq üçün qeydiyyatdan keçmək və tətbiq mümkün olan kimi dərhal daxil olmaq imkanı var. Tətbiqin ilk mərhələdə istifadəçilərin səviyyəsini öyrənəcəyi və şəxsə görə məzmun təklif edəcəyi bildirilir.

Hələ ki, yalnız iOS platformalı telefonlar üçüntəqdim edilən tətbiqin tanıtım yazısının təsvirində "BARS tətbiqi App Store-da! İstifadəçi adınızı sifariş edin və tətbiqə ilk çatanlar arasında olun. " cümlələri yazılıb.

# 1692
avatar

Oxşar yazılar