Ətirli smartfon   buraxılacaq
08 aprel 2025 12:34 (UTC +04:00)

Ətirli smartfon buraxılacaq

Çinin Infinix korporasiyası qoxu funksiyasına malik smartfon buraxmağa hazırlaşır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, şirkət ətirli qadcetlər yaratmağa imkan verən Energizing Scent-Tech texnologiyasından danışıb. 

Eko-dəri smartfonların arxa panelinə aromatik maddələr olan mikroskopik kapsullar quraşdırılıb - bu üsul mikrokapsulyasiya adlanır. “Nəticədə telefon zaman keçdikcə yüngül, təravətləndirici ətir yaymağa başlayır”, - şirkətdə yeni texnologiya belə təsvir edilib.

"Bizim texnologiyamız gözəl qoxu verən gözəl telefona sahib olmaq kimidir. "Bunun arxasında çoxlu texnologiya dayanır" Infinix India şirkətinin baş direktoru Aniş Kapur deyib.

Korporasiya qeyd edib ki, aromanın intensivliyi bir çox amillərdən, o cümlədən temperatur və rütubətdən asılıdır. Qoxu cihazın alındığı tarixdən ən azı altı ay qalmalıdır.

Energizing Scent-Tech texnologiyası ilk olaraq Infinix Note 50s 5G+ smartfonunda tətbiq olunacaq. Şirkət artıq təsdiq edib ki, qurğu Hindistan bazarında aprelin 18-də satışa çıxarılacaq, onun qiyməti təxminən 232 dollar olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2012

Oxşar yazılar