Ən dözümlü smartfonlar - SİYAHI
02 yanvar 2023 19:05 (UTC +04:00)

Ən dözümlü smartfonlar - SİYAHI

"JerryRigEverything" adı ilə tanınan bloqqer Zak Nelson satışda olan ən dözümlü smartfonların siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, bloqqerin sözlərinə görə, "AGM H5"-i 2022-ci ilin ən davamlı telefondur.

Smartfonların dayanıqlığının və dözümlülüyünün öyrənilməsi üzrə ixtisaslaşan müəllif ən güclü korpusa malik cihaz kimi "AGM H5"i seçib. Sınaq zamanı o, küt alətlərin köməyi ilə cihazı sındıra bilməyib. Bundan başqa, o, "ROG Phone 6 Pro"nu asanlıqla iki hissəyə parçalanan ən kövrək korpuslu cihaz adlandırıb.

Zak ən yüksək davamlılıq dərəcəsi olan telefon kimi "Google Pixel 7 Pro"nun olduğunu da deyib. Nelson bildirib ki, cihazın daxili hissələrinə giriş əldə etmək çox asandır və bunun üçün displeyini çıxarmaq lazımdır. Mütəxəssis arxa qapağını tez çıxarmaq qabiliyyətinə görə "iPhone 14"ü asanlıqla xidmət edilə bilən telefon adlandırıb.

Müəllif “Samsung Galaxy Z Fold 4” və “Galaxy Z Flip 4” smartfonlarını ən mürəkkəb dizayna malik qadcetlər sırasına daxil edib. Nelsonun sözlərinə görə, qatlanan qurğular təmir zamanı kifayət qədər asanlıqla qırılır. "Samsung" cihazlarının xarici displeyi 500 dollar qiymətləndirilir. 

Dizayn baxımından ən innovativ smartfon "Nothing Phone" (1) adlı cihazdır. Zak qeyd edib ki, daxili komponentlərin ən məntiqi düzülüşünə malik cihaz kimi "Google Pixel 7 Pro"dur. 

# 3264
avatar

Nigar Namiq

Oxşar yazılar