“Metaverse” texnologiyası fiziki və rəqəmsal dünyanı birləşdirməyə davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Malta dünyanın ilk virtual vətəndaşını təqdim edib.
Onun tam Maltalı qadına bənzəməsi üçün 2D təsvirlər 3D-yə çevrilib.
Bildirilib ki, bu qadın dünyanın ən kiçik ölkələrindən biri olan Maltanın tarixi və mədəni dəyərlərinə dərindən bələddir. O, bu biliklərlə virtual olaraq bütün turistlərə xidmət göstərməyə hazırdır.
Qeyd edək ki, dünyadakı 74 faiz insan gələcəkdə “Metaverse”yə qoşulmağı düşünür.