DİQQƏT!   Smartfonu bu cür şarj etməyin
15 mart 2023 14:17 (UTC +04:00)

DİQQƏT! Smartfonu bu cür şarj etməyin

Mütəxəssislər smartfonu evə qayıtdıqdan dərhal sonra enerji ilə doldurulmamasının səbəbini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bir çoxları evə gələn kimi smartfonu şarj edir.

Şarj cihazından istifadə edərkən diqqətli olmaq lazımdır. Aşağı və yüksək temperatur smartfona mənfi təsir göstərir. Buna görə də smartfon uzun müddət soyuqda və ya günəş şüası altda qallarsa, onu şarj etmək olmaz.

Evə gəldikdən ən azı yarım saat sonra smartfon şarj edilməlidir. Əks halda, smartfonun batareyasında müəyyən problemlər yarana bilər.

Qeyd edək ki, smartfonu ən azı 10 dərəcə, maksimum isə 30 dərəcə istilikdə şarj etmək lazımdır. 
 

# 3012
avatar

Arzu Qurbanlı

Oxşar yazılar