Daha bir qatlana bilən smartfon: testlərdən keçib
09 yanvar 2022 09:09 (UTC +04:00)

Daha bir qatlana bilən smartfon: testlərdən keçib

Google şirkətinin qatlana bilən smartfonu Geekbench bençmark saytının testlərindən keçib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Google Pipit kod adına sahib qatlana bilən smartfonun Geekbench testlərindən keçmiş prototip versiyası Android 12 əməliyyat sistemi vasitəsilə çalışır və 12 GB RAM ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Google keçən il qatlana bilən smartfonlar üçün nəzərdə tutulmuş xüsusi Android 12 versiyasını təqdim etmişdi. Beləliklə Geekbench testlərindən əldə edilmiş məlumata əsasən sözügedən qatlana bilən smartfon Google şirkətinin Tensor adlı fərdi prosessoruna sahibdir.

Bu prosessor 2.8 GHz tezlikdə çalışır və özündə Mali-G68 qrafik çipini birləşdirir. Çox güman ki, söhbət, Google Pixel 6 və Pixel 6 Pro smartfonlarında istifadə olunan Tensor modelindən gedir. Beləliklə qatlana bilən smartfon Geekbench-in birnüvəli testində 4811 xal, çoxnüvəli testində isə 11.349 xal toplayıb. Qeyd etmək lazımdır ki, smartfon Geekbench 5 yox Geekbench 4 testlərindən keçib. Google şirkətinin ilk qatlana bilən smartfon modelinin keçən il təqdim olunacağı gözlənilirdi. Lakin bu baş vermədi. İndi isə smartfonun nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur.

# 2769
avatar

Oxşar yazılar