Bu telefon 3 ay  şarj saxlayacaq
28 fevral 2024 15:09 (UTC +04:00)

Bu telefon 3 ay şarj saxlayacaq

Batareya istehsalçısı olan “Energizer” şirkəti 28.000 mAh tutum akkumulyatorlu smartfon təqdim edib. 

Lent.az xəbər verir ki, telefon 2024-cü ilin oktyabrında 250 avro (təxminən 460 manat) qiymətinə satışa çıxarılacaq.

Batareya gözləmə rejimində 93 gün, 122 saat (5 gündən çox) telefonla danışmağa və ya üç gün ardıcıl olaraq videolara baxmağa imkan verir. Bildirilir ki, “USB-C” portu vasitəsilə başqa cihazı da enerji ilə doldura bilərsiniz .

Təbii ki, mobil cihazın mənfi tərəfləri də var. Belə ki, smartfonun qalınlığı 28 mm (təxminən 3 “iPhone” qalınlığında), çəkisi isə 600 qramdır. Eyni zamanda, daxili hissələr IP69 sertifikatı ilə qorunur. Bu o deməkdir ki, smartfon tamamilə toza və suya davamlıdır. Hətta yüksək təzyiq altında isti suyun təsirinə dözə bilir. 

Əks halda, texniki xüsusiyyətlərə görə, bu, tipik büdcəli Android smartfonudur. 6,78 düymlük IPS ekrana, MediaTek MT6789 prosessoruna və 8+256 GB yaddaşa malikdir. Smartfon 5G şəbəkələrini dəstəkləmir, Android 14 əməliyyat sistemi ilə işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8034
avatar

Sevinc Fərid

Oxşar yazılar