“Girard-Perregaux”un “Bridges” kolleksiyasına daxil olan ən son model saata meteroit parçaları əlavə olunub.
Lent.az xəbər verir ki, 44 mm-lik saatda mükəmməl hərəkəti zərif şəkildə çərçivəyə salan lüminesans kulon indeksləri var.
Saatın ürəyi 28 800 vibrasiya tezliyi ilə döyünən və ən azı 54 saat güc ehtiyatına malik olan daxili çaplı GP01800-2085-dir.
Onun özəlliyi iki meteorit lövhəsi ilə bəzədilmiş saat çarxı olan körpüdür. Material Namibiyada tapılan və dəmir-nikel ərintisi, kobalt və fosforla zəngin tərkibə malik “Gibeon” meteoritindən əldə edilib. Onun təbii naxışı saatın qara, boz və gümüşü rəng sxemi ilə mükəmməl uyğunlaşan cəlbedici tonal kontrast yaradır.
Qiyməti 25 700 dollar olan “Free Bridge Meteorite” bu ay satışa çıxarılacaq.