Bu oyun əzbərləri pozur - MEYDAN OXUYACAQ
12 aprel 2022 16:49 (UTC +04:00)

Bu oyun əzbərləri pozur - MEYDAN OXUYACAQ

Türkiyənin “Playstige İnteractive” şirkəti tərəfindən hazırlanan yeni qorxu oyunu "Frightence" 239 ölkədə oyunçulara təqdim olunub.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, "Frightence" “Microsoft Xbox One”, “Xbox Series X|S”, “Sony PlayStation 4” və “Nintendo” platformalarında satışa çıxarılıb.

Hekayə və hərəkətin tarazlaşdırıldığı, hər addımda təxribatçı hadisələr, tükürpədici və sirli personajlarla dolu oyunun rəqəmsal oyun dünyasına yeni nəfəs gətirəcəyi gözlənilir.

“Playstige İnteractive”in qurucusu, “Frightence”in yaradıcı direktoru və prodüseri Barış Tarımcıoğlu "qısa" və "lazım" olaraq adlandırdığı yeni oyun haqqında deyib: "Frightence”lə məqsədimiz fərqli personajlarla silsilə hekayələr üçün süjet xətti qurmaq və oyunçunun bunları ekran vasitəsilə yaşamasını təmin etməkdir.  

 Üç proqramçıdan ibarət əsas komanda tərəfindən hazırlanan “Frightence” atılan hər addımda yüksək həyəcan və sirli personajlarla doludur. Bu oyun təxəyyülə meydan oxuyacaq”.

# 3021
avatar

Oxşar yazılar