Bu ölkədə pilotsuz qatar istifadəyə veriləcək
20 yanvar 2024 08:24 (UTC +04:00)

Bu ölkədə pilotsuz qatar istifadəyə veriləcək

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxacaq, 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.

Lent.az xəbər verir ki, bu barədə holdinqin başçısı Oleq Belozyorov “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş plenar diskussiyada bildirib. O deyib: “Biz Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarını işə salacağıq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmağı planlaşdırırıq”.

# 3345
avatar

Oxşar yazılar