Azərbaycanda "bank işçiləri" QOCALARI BELƏ ALDADIR
22 aprel 2021 16:25 (UTC +04:00)

Azərbaycanda "bank işçiləri" QOCALARI BELƏ ALDADIR

Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə, saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız, əsasən, yaşlı nəsli nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər. Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni, kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

DİN bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşəcəkləri təqdirdə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə məlumat vermələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3845

Oxşar yazılar

2025-ci ildə  ən populyar olan   avtomobillər - SİYAHI

2025-ci ildə ən populyar olan avtomobillər - SİYAHI

3 aprel 2025 , 20:15
"Tesla"nın elektromobil tədarükü çökdü

"Tesla"nın elektromobil tədarükü çökdü

3 aprel 2025 , 14:43
Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

3 aprel 2025 , 13:25
Yeni  “Toyota Corolla”:   İlk  FOTOLAR

Yeni “Toyota Corolla”: İlk FOTOLAR

2 aprel 2025 , 18:14
Ən balaca  uçan robot hazırlandı

Ən balaca uçan robot hazırlandı

2 aprel 2025 , 15:57
 Süni intellektin  çətinlik çəkdiyi əsas insani bacarıqlar

Süni intellektin çətinlik çəkdiyi əsas insani bacarıqlar

2 aprel 2025 , 09:47
Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

1 aprel 2025 , 18:11
Yeni ekzoplanet kəşf edildi - Suyu da var

Yeni ekzoplanet kəşf edildi - Suyu da var

1 aprel 2025 , 17:43