“Apple”dan geri addım: HDMI və SD kart oxuyucusunu...
24 fevral 2021 16:18 (UTC +04:00)

“Apple”dan geri addım: HDMI və SD kart oxuyucusunu...

Apple analitiki Ming-Chi Kuonun verdiyi məlumata görə, Apple “MacBook Pro”da əhəmiyyətli bir geri dönüş yaradacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, daha çox portu, xüsusən HDMI və SD kart oxuyucusunu “MacBook Pro”ya geri gətirəcək Apple, “Touch Bar”dan imtina edir.

Daha əvvəl çoxsaylı sızıntılar həyata keçirən məşhur Apple analitiki Ming-Chi Kuo, ilin sonunda çıxacaq yeni MacBook Pro modelləri ilə bağlı yeni proqnozlarını bölüşüb.

Kuo'nun təxminlərinə görə, Apple, 2021 MacBook Pro modelində HDMI girişini əlavə edəcək. Bu şəkildə istifadəçilər şəkilləri USB Type-C əvəzinə HDMI kabeli vasitəsilə monitora və ya TV-yə ötürə biləcəklər. Üstəlik, yeni “MacBook Pros”də SD kart oxuyucusu da olacaq. “MacBooks”un fotoqraf və DJ-lərin ən böyük köməkçilərindən biri olduğunu düşündüyümüz zaman bu kiçik dəyişikliyin istifadəçilər üçün ciddi rahatlıq təmin edəcəyini deyə bilərik.

# 2184
avatar

Oxşar yazılar