“Apple” yeni “AirPods”ları  təqdim edəcək
25 mart 2023 13:53 (UTC +04:00)

“Apple” yeni “AirPods”ları təqdim edəcək

“Apple” USB-C ilə “AirPods Pro” qulaqlıqlarının xüsusi versiyasını buraxacaq.

Lent.az “9to5Mac” portalına istinadən xəbər verir ki, yeni simsiz qulaqlıqların USB-C konnektorlu korpusu olacaq. Onların hazırki versiyalarında “Lightning” portu ilə təchiz olunmuş korpuslar var.

Məlumata görə, “Apple” bu qulaqlıqları 2023-cü ilin ikinci və ya üçüncü rübündə təqdim edəcək.

Qeyd edək ki, Avropa bazarında istehlak elektronikası satan bütün şirkətlər 2024-cü ilin dekabrından qadcetlərini USB-C portu ilə təchiz etməli olacaqlar. Hələ 2022-ci ilin oktyabrında “Apple”ın marketinq üzrə vitse-prezidenti Greg Joswiak şirkətin gələcəkdə USB-C ilə iPhone buraxacağına söz vermişdi. Onun sözlərinə görə, bununla korporasiya Avropa İttifaqının tələbini yerinə yetirəcək.
 

# 2484
avatar

Sevinc Fərid

Oxşar yazılar