“Apple” “iPhone” istifadəçilərinə milyonlarla dollar verəcək
06 mart 2024 12:28 (UTC +04:00)

“Apple” “iPhone” istifadəçilərinə milyonlarla dollar verəcək

“Apple” Kanadalı “iPhone” istifadəçilərinə 14,4 milyon dollar ödəməyə razılaşıb. Bu barədə CBC News məlumat yayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Amerika korporasiyası şirkəti “iPhone”nun sürətini azaltmaqda günahlandıran Kanada sakinləri ilə mübahisəli məsələni həll edib. “Apple” uzun müddətdir ki, batareyaları köhnəlmiş smartfonların məhsuldarlığını aşağı salıb.

Razılaşma müqaviləsinə əsasən, hər bir iddiaçı 17,50-dən 150 Kanada dollarına qədər təzminat alacaq. Ödəniş məbləği şəraitdən asılı olaraq müəyyən ediləcək. “Apple” istifadəçilərini təmsil edən hüquqşünasların fikrincə, təklif olunan nizamlanma ədalətli, ağlabatan və bu məsələnin ən yaxşı həlli olub.

2018-ci ildə “Apple”, batareyanın ömrünü uzatmaq üçün köhnə batareyaları olan “iPhone”ların performansını qəsdən azaltdığını etiraf edib. Şirkət üzr istəyib, istifadəçilərə bu funksiyanı söndürmək imkanı verib və “iPhone”lar üçün əvəzedici batareyaların qiymətlərini aşağı salıb.

# 3846
avatar

Oxşar yazılar