3000-ci illərdə  insanlar necə görünəcək?
14 noyabr 2022 10:25 (UTC +04:00)

3000-ci illərdə insanlar necə görünəcək?

Mütəxəssislər 3000-ci ildə insanların necə görünəcəyi ilə bağlı "Mindy" adlı model yaradıblar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, özəl şirkət tərəfindən yaradılmış modelin xarici görünüşü texnologiyanın təsiri ilə necə dəyişəcəyi ehtimalına əsaslanır. 

Artıq texnologiyasız həyatımızı düşünə bilmirik. Ancaq texnologiyanın zaman keçdikcə insan həyatına mənfi təsir edəcəyini iddia edənlər də az deyil. 

Özəl şirkətlərdən biri bu sahədə bir neçə araşdırma aparıb. Tədqiqat zamanı insanların 1000 ildən sonra necə görünəcəkləri təsəvvür edilib. 

Kifayət qədər distopik olan bu model texnologiyanın insan orqanizminə mənfi təsir edəcəyi fikri üzərində cəmlənir. Belə ki, təsvir etdikləri model əyilmiş kürəyə, enli boyuna, caynaqlı əllərə və ikinci göz qapağına malikdir. 

3000'li yıllarda insanlar nasıl görünecek? Teknoloji duruşumuzu değiştirebilir - 1

Bildirilir ki, yaradılan qrotesk (varlıqların absurd xüsusiyyətlərlə yenidən təsviri)  model getdikcə texnologiyadan daha çox asılı olan insanları təsvir edir. 

Modelə görə saatlarla telefonlarımıza baxmaq təkcə kürəkləri deyil, həm də boyunları qalınlaşdırır. Smartfondan istifadə edərkən biz daim aşağı baxırıq, bu da boyun əzələlərimizin daha çox işləməsinə səbəb olur.

Təkamül nəzəriyyəsinə görə, ikinci göz qapağı sağ qalmağa təsir etmədiyi müddətdə qalıcı ola bilməz.

Bir daha qeyd edək ki, bu şişirdilmiş təsvir ekrana çox baxmağın gözləri yorması fikri üzərində qurulub. 

3000'li yıllarda insanlar nasıl görünecek? Teknoloji duruşumuzu değiştirebilir - 2
 

# 4275
avatar

Sevinc Fərid

Oxşar yazılar