Li-2
02 iyul 2022 03:50 (UTC +04:00)

Li-2

100 metrdən yerə çırpılan Li-2: içindəkilər... - Neftçalada 75 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 15-Cİ YAZINI TƏQDİM EDİR.

Tarix: 6 avqust 1947


Azərbaycan SSR-də sadə vətəndaşların xəbərsiz olduğu çox sayda təyyarə qəzası baş verib. Bizi SSRİ-dən ayıran zaman artdıqca gün işığına çıxan hadisələr də artır.

Lent.az daha bir aviaqəza barədə əldə etdiyi məlumatları sizə təqdim edir. 

Avqustun 6-dan 7-nə keçən gecə təlim üçün Zabratdakı 1-ci və 2-ci aviadəstələrinin heyəti Neftçalanın Şimal-Şərqi Banka* və Mayak** aeroportlarına gəlir. Bakıdan 125 km məsafədə olan aeroportların ara məsafəsi 6 km idi və Kürün deltasında yerləşirdi. Elə adları da yaxınlığındakı yaşayış məntəqələri ilə eyni idi: Şimal-Şərqi Banka və Mayak.

Gecə uçuşu üçün ayrılmış “Li-2” tipli 6 təyyarə saat 18-19 arasında Şimal-Şərqi Banka aerodromuna gələrək qaranlıq düşməsini gözləyir.

Həmin gecə hava gözəl idi, bütün Neftçala Ayın nuruna qərq olmuşdu. Saat 20.30-da uçuş başlayarkən aviadəstənin rəisi vəziyyəti öyrənmək üçün ilk uçuşu özü təlimatçı pilotla birgə etməli idi. Lakin təlimatçının nahar etdiyi görən komandir ilk uçuşu özü edir və göyərtəyə kursant pilotu götürür. Bütün hadisələr cəmi 10 dəqiqə ərzində baş verir.

İstintaq komissiyasının rəyinə görə, ilk döngə əməliyyatınadək hər şey qaydasında gedib. Dönmə zamanı 100 metr yüksəklikdə təyyarənin sürəti kəsklin azaldığı üçün yerə doğru şığıyıb. Ekipaj vəziyyətdən çıxmaq cəhdləri faydasız olub və saat 20.40-da maşın yerə çırpılıb. Sağa dönmə edən maşının burnu yerə dəydikdən sonra sağ mühərrik qoparaq pilot kabinəsinə çırpılıb və 170 metr kənara düşüb. Pilot kabinəsindəki 4 nəfər zərbənin gücündən havaya qalxaraq 100 metr kənara atılır. Onlardan üçün yerindəcə, kursant isə 3 gün sonra Neftçala rayon xəstəxanasında dünyasını dəyişir. 

Sol mühərrikin vintləri təyyarənin kənarlarını kəsdikdən sonra mühərrik 70 metr kənara sıçrayıb. Təyyarənin füzelyajı yerə dəydiyi anda quyruq hissəsi qopub. Təyyarə çevrilərək yerdə 180 metr süründükdən sonra dayana bilir. Yük yerində olan 2 bortmexanik kursant zərbənin şiddətindən yerə çırpılaraq ağır xəsarət alır. 

Kursantın nə üçün təyyarəyə mindirildiyini müəyyən etmək mümkün olmayıb. Çox böyük ehtimalla təyyarəni elə kursant idarə edib.

P.S Yer adları sənəddə olduğu kimi saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6234
avatar

Oxşar yazılar