Vüqar Qurbanov
02 avqust 2022 18:03 (UTC +04:00)

Vüqar Qurbanov

Zaqatala xəstəxanasının direktoru işdən çıxarıldı - TƏBİB-dən YENİ TƏYİNAT - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı ilə bağlı məlumat yayıb.
 
Lent.az-a daxil olan məlumatda bildirilir ki, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Tamara Nurəliyevaya həvalə olunub.
 
Tamara Nurəliyeva 1981-ci ildə Bakı şəhərində anadan olub. 

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb.
 
2008-2009-cu illərdə “A-Qroup Sığorta şirkəti” QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub. 

2020-ci ildən ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində çalışıb. 

2022-ci ildən isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini vəzifəsinə təyin olunub.

***

saat 00:00

Azərbaycanın iki rayonuna yeni baş həkim təyin olunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Məcid Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədrinin digər əmri ilə o, Şəki RMX-nın direktoru təyin edilib. 

Zaqatala RMX-nın direktoru postuna isə Tamara Nurəliyeva təyinat alıb. 

Tamara Nurəliyeva buna qədər  Zaqatala MRX-nın drektor müavini vəzifəsində çalışıb. 

Tamara Nurəliyeva

# 22317
avatar

Oxşar yazılar

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02