Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Sabunçu rayonu, Şəhər şosesi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsindəki yolda müşahidə kameralarının imkanlarından istifadə etməklə təhlillər aparıblar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, məlum olub ki, bu yolda daha çox axşam saatlarında sıxlıq yaranır. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə qeyd olunan kəsişmədə Zabrat qəsəbəsi istiqamətində svetoforun vaxt planı 10 saniyə artırılıb.
Bununla da yolda yaranan sıxlıq aradan qalxıb.