Yuxu ilə bağlı maraqlı dünya rekordları:  TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
19 noyabr 2024 19:33 (UTC +04:00)

Yuxu ilə bağlı maraqlı dünya rekordları: TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Yuxu sağlam insan həyatının mühüm tərkib hissəsidir: hər hansı anormallıq ciddi nəticələrə səbəb ola bilər.

Buna görə də, normadan bir şəkildə fərqlənən hər şey həm alimləri, həm də sadə insanları maraqlandırır.

Lent.az yuxu ilə bağlı sizi təəccübləndirəcək maraqlı dünya rekordlarını təqdim edir.

11 gün yuxusuzluq

Az adam 24-48 saat yuxusuz qala bilər, amma yenə də özünü yaxşı hiss edər. Ancaq bir gənc tam 11 gün oyaq qalmağı bacarıb.

Bu dünya rekordunu hələ heç kim qıra bilməyib. Maraqlıdır ki, bu rekord xüsusi elmi təcrübə zamanı müəyyən edilib.

İyirmi illik yuxu

Keçən əsrin 50-ci illərində qəribə bir hadisə baş verib. Bir gənc qadın əri ilə böyük mübahisə edib və yatmağa gedib.

Həmin vaxt qızın 34 yaşı olub.

Qadın yalnız 20 ildən sonra oyanıb. Ancaq bu, ən təəccüblü fakt deyil. Bu müddətdə qadın zahirən qocalmayıb: o, elə bil dünən yatıbmış.

Orqanizmində də yaşa bağlı dəyişikliklər olmayıb. Bu hal həqiqətən unikaldır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar