Yol polisindən maska ilə bağlı VƏTƏNDAŞLARA MÜRACİƏT
11 iyun 2021 10:00 (UTC +04:00)

Yol polisindən maska ilə bağlı VƏTƏNDAŞLARA MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarədən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

8 iyul 2024 , 13:42
Pəhləvan istidən huşunu itirdi

Pəhləvan istidən huşunu itirdi

8 iyul 2024 , 13:03
Sabah 38 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 38 dərəcə isti olacaq - HAVA PROQNOZU

8 iyul 2024 , 12:52
Bu rayonlara leysan yağıb   - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

8 iyul 2024 , 09:38
Bakının bu yollarında TIXAC  var

Bakının bu yollarında TIXAC var

8 iyul 2024 , 08:40
İlin ikinci yarısı üçün Buğaların  ULDUZ FALI: - Əsas hadisələr:  Yüksək güclər sizi qoruyur

İlin ikinci yarısı üçün Buğaların ULDUZ FALI: - Əsas hadisələr: Yüksək güclər sizi qoruyur

8 iyul 2024 , 00:03
Qadın ət yeyən bakteriyadan  belə xilas oldu

Qadın ət yeyən bakteriyadan belə xilas oldu

7 iyul 2024 , 22:59
QMİ Qazılar Şurasına 2 yeni qazı təyin olunub

QMİ Qazılar Şurasına 2 yeni qazı təyin olunub

7 iyul 2024 , 15:32