Yol polisi əlil sürücüləri saxlamır? - RƏSMİ CAVAB
13 avqust 2021 15:00 (UTC +04:00)

Yol polisi əlil sürücüləri saxlamır? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu əlil və qazi sürücülərin nömrəsiz maşın sürməsi ilə bağlı sosial şəbəkədə yayılan iddialarla bağlıdır.

Artıq neçə gündür ki, qeyd etdiyimiz mövzu sosial şəbəkənin gündəminə çevrilib. Bəzi sürücülər iddia edirlər ki, əlil və ya qazi sürücülərin dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə etmələri ilə rastlaşırlar. Onların sözlərinə görə, həmin sürücülər qaydaları pozsalar belə yol polisi tərəfindən saxlanılmır və cərimə olunmurlar.

Belə olan halda hamını bir sual düşündürür: Dövlət Yol Polisi əməkdaşları nömrəsiz maşın sürən və qayda pozan əlil yaxud qaziləri saxlamır?

Rubrikamızın sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov aydınlıq gətirib. O, irəli sürülən iddiaların yalan və əsassız olduğunu dilə gətirib:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov

“Təbii ki, yayılan bu kimi məlumatlar əsassızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Yol polisi qayda pozan istənilən nəqliyyat vasitəsini saxlayır və barəsində inzibati tənbeh qaydası seçir, yaxud profilaktiki tədbir görülür. Nəzarət kameraları vasitəsilə də YPX əməkdaşlarının fəaliyyəti izlənilir. Qayda pozan sürücüyə qarşı tədbir görməmək pozuntudur. Düşünmürəm ki, hansısa əməkdaş belə pozuntuya yol versin. Burada imtiyazdan söhbət gedə bilməz. Sadəcə mentalitetimizə uyğun olaraq, dövlət qeydiyyat nişanı olan və qayda pozan bəzi qazi, əlil sürücülərə xəbərdarlıq edilir.

DYP-dən narazılıq edənlər isə ancaq intizamsızlığa yol verən bəzi sürücülərdir. Onların məqsədi məhz bu cür əsassız məlumatlar yayaraq, yol polisinin fəaliyyətinə kölgə salmaqdır”.

Nömrəsiz sürülən avtomobil

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3798
avatar

Mehman Nəbiyev

Oxşar yazılar