Yeni zəlzələlərlə   bağlı XƏBƏRDARLIQ
01 mart 2023 11:59 (UTC +04:00)

Yeni zəlzələlərlə bağlı XƏBƏRDARLIQ

Hollandiyadan olan seysmoloq Frank Huqerbits 2023-cü ilin martında bəzi ölkələrdə yeni güclü zəlzələlərin olacağını proqnozlaşdırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, proqnozla bağlı mesajı alimin işlədiyi SSGEOS elmi institutu yayıb. Onun sözlərinə görə, martın 3-dən 7-dək planetlərin yaxınlaşması fonunda çoxlu seysmik aktivlik ola bilər. Yeraltı təkanların maqnitudası 8,5 və daha yüksək ola bilər.

Hugerbits qeyd edib ki, Yaponiyanın cənubu, İndoneziya, Portuqaliya, Yunanıstan, Pakistan, Şimali Amerikanın bir hissəsi və Kuril adaları ən təhlükəli zonadadır. “Mən şişirtmirəm və ya qorxu yaymağa çalışmıram. Bu sadəcə xəbərdarlıqdır”, -  alim bildirib.


 

# 3009
avatar

Oxşar yazılar