"Yeni il"də neçə gün evdə qalacağıq? - QEYRİ-İŞ GÜNLƏRİ
07 dekabr 2021 15:37 (UTC +04:00)

"Yeni il"də neçə gün evdə qalacağıq? - QEYRİ-İŞ GÜNLƏRİ

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

Lent.az-ın xəbərinə görə, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

# 95679
avatar

Oxşar yazılar