Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev
28 aprel 2021 12:59 (UTC +04:00)

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev

"Yanlış fikirlər pandemiya ilə mübarizəni çətinləşdirir" - Həkimdən XƏBƏRDARLIQ

“Artıq bir neçə aydır pandemiya ilə mübarizə strategiyasına peyvəndlərin tətbiqi də daxil edilib. Bu gün elmi olaraq bu birinci nəsil peyvəndlərin tətbiqi virusa qarşı hansı şəkildə effektli olması artıq sübut edilib və bu bizə məlumdur”.

Bu haqda Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Onun fikrincə, insanların peyvəndlənmə prossesində aktiv iştirakı bu mübarizəni effektiv etsə də, təəssüf ki, bununla bağlı bəzi fərziyə, elmi əsası olmayan fikir səsləndirən insanlar da mövcuddur və bu hər bir cəmiyyətdə var:

“Bu cür yanlış fikirlər pandemiya ilə mübarizəni çətinləşdirir. Dünyada artıq peyvənd olunan şəxslərə verilən COVID-19 pasportu ilə insanları fərqləndirəcəklər. Bu pasportu əldə edən insanlar yavaş-yavaş normal həyatlarına qayıda, xarici səfərlərini həyat keçirə biləcəklər. Bir sözlə, onlayn həyat rejimindən, aktiv həyata keçid edəcəklər.”

 Azərbaycanlı alim bildirir ki, bu gün dünyada 70 faiz insanda hələ də koronavirusa qarşı immunitet formalaşmayıb:

“Bu o deməkdir ki, qarşıdakı aylarda virusun yeni dalğası yayıla bilər. Bu da gözləniləndi. Həmin vaxt tətbiq olunacaq sərt karantin rejimində  müəyyən sərt qadağaları COVİD-19 pasportu əldə edən şəxslərə tətbiq etməmək kimi elmi müzakirələr də bugün elmi arenada var. Bu da tam normal və elmi əsaslı qaydadır. Ona görə də insanlarımız təklif edilən peyvəndləmədən maksimum yararlanmalıdırlar ki, normal həyata qayıtmaq həm onlar, həm də bütöv ölkəmiz üçün daha da tezləşsin”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Nigar Adil

Oxşar yazılar