Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
15 iyun 2025 12:41 (UTC +04:00)

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

İyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 10-15° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392

Oxşar yazılar