Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
20 mart 2025 12:57 (UTC +04:00)

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Lakin gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək

Havanın temperaturu:

  • Gecə: 3-6° isti
  • Gündüz: 6-11° isti

Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu:

  • Gecə: 3-8° isti
  • Gündüz: 9-14° isti
  • Dağlarda gecə: 3-8° şaxta
  • Dağlarda gündüz: 2° şaxtadan 3°-dək isti
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar

Ramazan ayının 21-ci gününün DUASI

Ramazan ayının 21-ci gününün DUASI

20 mart 2025 , 22:00
İnsan hansı dövrlərdə daha sürətlə qocalır?

İnsan hansı dövrlərdə daha sürətlə qocalır?

20 mart 2025 , 19:14
Güclü külək Beyləqanda yas mağarını uçurub -FOTOLENT

Güclü külək Beyləqanda yas mağarını uçurub -FOTOLENT

20 mart 2025 , 18:10
8 dəqiqə  ölən kişi   elə şeylər danışdı ki...

8 dəqiqə ölən kişi elə şeylər danışdı ki...

20 mart 2025 , 15:35
XƏBƏRDARLIQ:  Sabahın havası bu insanlar üçün əlverişsizdir

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

20 mart 2025 , 14:37
Azərbaycana YAZ GƏLDİ

Azərbaycana YAZ GƏLDİ

20 mart 2025 , 13:01
Bakıda Novruz təntənəsi - FOTOLENT

Bakıda Novruz təntənəsi - FOTOLENT

20 mart 2025 , 12:58
Ən çox Zaqatalaya yağış yağıb - GÜNÜN HAVASI

Ən çox Zaqatalaya yağış yağıb - GÜNÜN HAVASI

20 mart 2025 , 10:13