Nəqliyyat naziri Ziya Məmmədov sentyabrın 10-da Şəkidə vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, nəqliyyat nazirinin qəbulunda Şəki ilə yanaşı, Oğuz, Qəbələ, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri də iştirak edə biləcəklər .
Bu ayın 6-da isə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Hacıqabulda bölgə sakinlərinin problemlərini dinləyəcək. Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının vətəndaşları üzləşdikləri problemləri F. Ələkbərovun diqqətinə çatdıracaqlar.