V Respublika fənn müsabiqələrinin finalçıları bəlli oldu
03 iyun 2019 16:31 (UTC +04:00)

V Respublika fənn müsabiqələrinin finalçıları bəlli oldu

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.

Bu barədə Lent.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, müsabiqənin nəticələrinə əsasən, 22 527 iştirakçı şagirddən 491-i biologiya, 507-si fizika, 617-si informatika, 530-u kimya və 2 547-si isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

V Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər fənlər üzrə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən sualları cavablandırıblar. 50 sualın cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər müsabiqənin final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Bakının bu ərazilərində qaz kəsilib

Bakının bu ərazilərində qaz kəsilib

25 avqust 2025 , 13:25
Leysan, şimşək, dolu  - Sabahın HAVASI

Leysan, şimşək, dolu - Sabahın HAVASI

25 avqust 2025 , 12:17
Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

25 avqust 2025 , 11:26
Bakını toz bürüdü

Bakını toz bürüdü

25 avqust 2025 , 09:10
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

25 avqust 2025 , 08:22
Bu həftə böyük maliyyə uğurlarına  zəmanət verilən 3 BÜRC

Bu həftə böyük maliyyə uğurlarına zəmanət verilən 3 BÜRC

25 avqust 2025 , 00:02