Ünvan reyestri ilə bağlı yenilik
31 may 2013 14:04 (UTC +04:00)

Ünvan reyestri ilə bağlı yenilik

Bu gün Milli Məclisdə Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edilib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliklər ünvan reyestri ilə bağlıdır.

Dəyişikliklərə əsasən, Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan yaradan ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə olunmadan yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan müəyyənləşdirilir. Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021
avatar

Oxşar yazılar