Türkiyədə "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı tədbir keçirilib
14 dekabr 2012 03:42 (UTC +04:00)

Türkiyədə "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Ümummilli Liderimizin vəfatının 9-cu ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 13 dekabr tarixində Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universiteti şəhərciyində yerləşən Bilkent Oteldə sözügedən universitet ilə birgə "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı geniştərkibli və böyükmiqyaslı elmi-mədəni konfrans həyata keçirilib. 

 Lent.az-a Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyindən daxil olan məlumata əsasən, tədbirdə, Türkiyə Böyük Millət Məclisinin spikeri Cemil Çiçək, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəhbəri Mustafa İsen, TR Baş Nazirinin müavini Beşir Atalay, AR Baş Nazirinin müavini Elçin Əfəndiyev, AKP-nin Sədr müavini Mehmet Necati Çetinkaya, Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay başda olmaqla sözügedən nazirliyin yüksək vəzifəli rəsmiləri, AR Təhsil Naziri Misir Mərdanov, AR Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Türkiyə Parlamentinin sabiq spikeri İsmet Sezqin, sabiq dövlət naziri Mehmet Aydın, TR Təhsil Nazirinin müavini Orhan Erdem, AR Prezidenti Administrasiyası Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA-nın həqiqi üzvü Professor Vasim Məmmədəliyev, AR Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Rektoru Urxan Ələkbərov, Azərbaycan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun Prezidenti Ənvər Həsənoğlu, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, Türkiyənin ölkəmizdəki sabiq Səfirləri, Türkiyə-Azərbaycan Parlamentlər arası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları,  Bilkent Universitetinin tələbə və müəllim kollektivi, ictimaiyyət, diaspor və çox sayda KİV nümayəndələri, eləcə də Ankarada təhsil alan kursant, tələbə və müdavimlərimiz iştirak ediblər.

Konfrans 4 sessiya halında öz işini davam etdirib. Sessiyalarda sırası ilə Əli Doğramacı, Ənvər Həsənoğlu, Faiq Bağırov, Ərtoğrul Günay, Beşir Atalay, Elçin Əfəndiyev, Fatma Abdullazadə, Mehmet Aydın, Orhan Erdem, Misir Mərdanov, Firəngiz Əlizadə, Əbülfəs Qarayev, Vasim Məmmədəliyev, Urxan Ələkbərov və Mustafa İsenə söz verilmişdir. Natiqlər çıxışlarında, Ümummilli Liderimizin Azərbaycana olan misilsiz xidmətlərindən; Onun ölkəmizin elm, incəsənət və sosial həyatında önəmli şəxsiyyətlərinə verdiyi dəyərdən; Azərbaycanın iqtisadi-sosial inkişafının təməllərinin atılmasındakı əvəzsiz xidmətlərindən; Azərbaycan dilinin əhəmiyyətinin dərk edilməsində olan müstəsna öncü rolundan; Ulu Öndərin şəxsi və ailə həyatında mədəniyyət və incəsənətin xüsusi yerindən; Azərbaycanda elm və təhsilin müasir dünya ilə uyğunlaşması istiqamətində inkişaf prosesində olan əvəzedilməz xidmətlərindən; dahi liderin bir siyasi şəxsiyyət kimi həyatın heç bir sahəsini diqqətdən kənarda qoymamasından ətraflı və əsaslı bir şəkildə bəhs ediblər.

Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək, Ümummilli Liderimiz ilə bağlı geniş şəkildə çıxış edərək, ölkəmizin qısa müddət ərzində regionda mühüm bir dövlətə çevrildiyindən, Ermənistanın Azərbaycana qarşı haqsız və qərəzli siyasətindən, son 25 il ərzində Azərbaycan xalqına qarşı olan erməni təcavüzündən və 10 dekabr insan hüquqları günündə azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının dünya ictimaiyyəti tərəfindən xatırlanmadığından bəhs etmiş və Ulu Öndərimizin əziz xatirəsinə olan dərin ehtiramını bir daha vurğulayıb.

Qeyd etmək istərdik ki, Türkiyə Respublikası mədəniyyət və turizm naziri Ərtoğrul Günay cari ilin 13 dekabr tarixində Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı həyata keçirdiyi çıxışında, Ümummilli Liderimizin vəfatının 9-cu ildönümü xüsusuna toxunub, Bilkent Oteldə təşkil olunmuş tədbirimizdən söz açmış, Türkiyə Parlamentinin üzvlərinə Ümummilli Liderimizin "Bir millət iki dövlət" kəlamını xatırlatmış, dahi şəxsiyyətin türk dünyasının müştərək mədəniyyətinin əhəmiyyətinin qavranılmasındakı müstəsna roluna diqqəti çəkmiş və Ümummilli Liderimizi rəhmət və dərin hörmətlə yad etdiyini dilə gətirib.         

Bildirmək istərdik ki, cari il 14 dekabr tarixində Səfirliyimizin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankarada Ümummilli Liderimizin adını daşıyan orta məktəb və Heydər Əliyev Parkının müasir səviyyədə təmirinin ilkin mərhələsinin ardından açılış mərasimi olacaq. 

 

 

# 761
avatar

Oxşar yazılar