TQDK: “Nəticələr açıqlanacaq”
19 dekabr 2012 11:57 (UTC +04:00)

TQDK: “Nəticələr açıqlanacaq”

“İlkin olaraq ibtidai siniflərin riyaziyyat fənni üzrə dərsliklərin monitorinqlərinin nəticələri açıqlanacaq”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. E. Nağızadənin sözlərinə görə, nəticələr yaxın günlərdə açıqlanacaq.

 

“Sonrakı mərhələdə isə ana dili fənni üzrə monitorinqlərin nəticələri haqda ictimaiyyətə məlumat veriləcək” - deyə, mətbuat katibi əlavə edib.

 

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən dərsliklər üzərində monitorinq həyata keçirmək səlahiyyəti Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib və bundan sonra TQDK-nın yeni yaradılmış dərsliklərin monitorinqi şöbəsi dərsliklər üzərində monitorinqlərə start verdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar