Tələbələrin təqaüdlərinin artırılması hansı dəyişiklərə səbəb olacaq? - <span style="color:red;">RƏSMİ
11 noyabr 2015 10:57 (UTC +04:00)

Tələbələrin təqaüdlərinin artırılması hansı dəyişiklərə səbəb olacaq? - RƏSMİ

Ötən gün Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tələbə təqaüdlərinin yeni qaydası ilə bağlı facebook səhifəsində şərh verib. Onun şərhinə əsasən, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq. Bir şərtlə ki, semestrin nəticələrinə görə tələbələrin akademik göstəriciləri yüksək olsun: "Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər.Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır".

 

 

C. Valehovun sözlərinə görə, ikinci mühüm məsələ məcburi köçkün,şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə,bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.

 

 

"Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.
Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aild deyil".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək  davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək

Bakının bu rayonunun işığı kəsiləcək

14 may 2025 , 09:39
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan  4 BÜRC: Sonra çox gec olacaq

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq

14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

13 may 2025 , 19:59
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 19:07