Tər-tər - Hindarx avtomobil yolu üzərində təmir olunan körpüdə işlər yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yolun 26-cı kilometrliyində, Xaçınçay üzərindəki körpüdə təmir işləri başa çatdırılıb. Dünən axşam saatlarında nəqliyyat vasitələrinin hərkəti tam bərpa olunub.
Qeyd edək ki, uzunluğu 60 m, eni 10,5 m olan körpüdən ağır tonnajlı nəqliyyat vasitələrinin keçməsi nəticəsində aşırım tirlərində çatlar əmələ gəlmişdi.