Təhsil naziri də müəllim-tələbə mübadiləsindən danışdı
03 aprel 2013 11:09 (UTC +04:00)

Təhsil naziri də müəllim-tələbə mübadiləsindən danışdı

Təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Erkan İbiş ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Nazir görüşdə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açıb və əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ankara Universitetinin rektoru Erkan İbiş səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. İkitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.

 

Rektor Bakı Dövlət Universiteti ilə hüquq sahəsində ikili diplomların verilməsi ilə bağlı birgə proqramın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söhbət açıb. Bu məqsədlə seçilmiş 30 tələbənin müvafiq proqram əsasında təhsil aldığını söyləyən qonaq gələcəkdə başqa ixtisaslar üzrə də ikili diplomların verilməsinin mümkünlüyünü nəzərə çatdırıb.

Görüşdə daha sonra universitetlərarası əməkdaşlığın inkişafı, müəllim-tələbə mübadiləsinin önəmi diqqətə çatdırılıb.

# 504

Oxşar yazılar